Şahzadə Harri Kraliça Kamillanı çox incidib

12:40 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şahzadə Harrinin xatirə kitabında "pis personaj" kimi qeyd edilmək Kraliça Kamillanı "incidir".

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, yanvarda yayımlanmış "Spare" (Ehtiyyat) kitabında Şahzadə Harri, ögey anasının imicini gücləndirmək üçün kral ailəsi haqqında xəbərləri mediaya sızdırdığını iddia etdi.

O, kitabda yazıb: "Məncə, bu yaxınlarda məni şəxsi imicinə qurban verən ögey valideynə sahib olmaqla bağlı qarışıq hislərim var". Harri kitabında "Özgə qadın" olaraq bəhs etdiyi Kamilla ilə görüşünü "Gözlərini bağla, hiss etməyəcəksən" ifadələri ilə qeyd edib.

Sussex hersoqu belə davam edir: "Fikirləşdiyimi xatırlayıram... Mənə qarşı qəddarlıq edərmi, hekayələrdəki bütün pis ögey analar kimi olardımı?".

Daha sonra İTV-nin "The Interview" programıda verdiyi müsahibə zamanı Harri və qardaşının Çarlzdan Kamilla ilə evlənməməsi üçün "yalvardıqdan" sonra xəbərin yayılmağa başladığını deyib.

Tacqoyma mərasimindən əvvəl kraliçaya yaxın mənbələr Kamillanın səyahətini təsvir ediblər.
Lansdaun markizi Fayona Petti-Fitzmaurayce, "Sunday Times"a Kamillanın tərcümeyihalı ilə bağlı reaksiyası haqqında danışıb: "Təbii ki, onu narahat edir, incidir. Amma Kamilla bunun ona mənfi təsir etməsinə imkan vermir".

Petti-Fitzmaurayce Kraliçanın 6 yaxın dostundan biridir və Lansdaun 9-cu markizi Çarlzla evlidir.

Bukingem Sarayı Şahzadə Harrinin mayın 6-da tacqoyma mərasimində iştirak edəcəyini, həyat yoldaşı Megan Marklın isə Kaliforniyada uşaqları ilə evdə qalacağını açıqlayıb. Məlumata görə, kral Çarlz tacqoyma mərasimini ailədəki fikir ayrılıqlarını "aradan qaldırmaq" üçün fürsət hesab edib. Bura biabır olmuş York hersoqu Şahzadə Endryunu “uzaqdan” geri qaytarmaq daxildir. Şahzadə Endryudan Vindsorda yaşadığı Kral Lojasını tərk etməsi barədə xəbərlər var.

Mənbə bu barədə PageSix-ə məlumat verib.

Kralla qardaşı arasındakı münasibətlər heç vaxt bu qədər pis olmayıb. Bu, onun gözləmədiyi əsl müharibəyə çevrilib və onu tükəndirib, eyni zamanda həddindən artıq qəzəbləndirib. Digər tərəfdən, "The Independent", York hersoginyasının tacqoyma mərasiminə dəvət olunmadığını öyrənib. Qəzet məsələni aydınlaşdırmağa çalışsa da, Bukingem Sarayı hələ də cavab verməyib.